Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Seneqal millisinin hücumçusu Sadio Maneni əvəzləyəcək oyunçunun adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Aliu Sisse mətbuat konfransında bildirib.
 
O, Manenin əvəzinə İspaniyanın "Barselona" klubundan Mussa Ndiayenin komandaya cəlb olunduğunu söyləyib.
 
Xatırladaq ki, Seneqal millisi A qrupunun 1-ci turunda bu gün Niderland yığmasıyla üz-üzə gələcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest