FİFA prezidenti Canni İnfantino noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatından əvvəl mətbuat konfransında çıxış edib. Matc.az xəbər verir ki, İnfantino Qətərin mundiala hazır olduğunu bildirib:
 
"Mən avropalıyam. Əxlaq dərsi vermək lazım deyil. Dünyada üç min il ərzində etdiklərimizə görə üzr istəməliyik. Qətərdəki dünya çempionatını müdafiə etməli deyiləm. Mən futbolu müdafiə edirəm".
 
Dünya çempionatı noyabrın 20-də start götürəcək. Turnirin Qətərdə təşkili, insan haqlarının pozulması, əməkçi miqrantların aşağı maaş alması ciddi tənqidlərə məruz qalıb. İnfantino isə bu iddialarla razılaşmadığını bəyan edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest