Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Zülfüqarov bu gün İsrailin Hadera şəhərində qadın voleybolçular arasında keçiriləcək Aç-2023-ün təsnifat mərhələsinin A qrupunun İsrail - Xorvatiya matçında baş hakim olacaq. İkinci hakim funksiyasını isə türkiyəli Ramazan çevik yerinə yetirəcək.
 
Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest