Yeni mövsümə hazırlığı davam etdirən Xorvatiya çempionu “Dinamo” növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb təmsilçisi Monteneqronun “Arsenal” (Tivat) komandası ilə qarşılaşıb.
 
“Maksimir” stadionunda keçirilən oyun azarkeşlər üçün qapalı olub. “Dinamo” bu oyunda rəqibini 5:1 hesabıyla məğlub edib.
 
Mahir bu görüşün iştirakçısı olmayıb. Baş məşqçi Ante Çaçiç onun xidmətinə ehtiyac duymayıb.
 
Xatırladaq ki, Mahirin Emrelinin komandası iyulun 9-da Xorvatiya Super Kubokunda “Riyeka” ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest