“Qarabağ” Futbol Klubu, Suraxanı Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər İdman Baş idarəsinin, eləcə də Suraxanı rayon Gənclər İdman idarəsinin təşkilatçılığı ilə “Zəfər Kuboku” turniri keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Yarış sabah saat 11:00-da start götürəcək. Turnirdə 2009-2010 və 2011-2012-ci il təvəllüdlü Suraxanı məktəbliləri iştirak edəcəklər. 
 
Oyunlar “Azersun Arena”da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest