"Kimyaçılar"la olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq Rəhim özü də "ağ-qara" formanı geyinmək perspektivinə isti yanaşır. "10 nömrə"nin mövsümün sonunda, azad agent statusu ilə heyətə qatılması nəzərdə tutulub.

Avrokuboklarda zəif təsir bağışlayan və çempionatda arzulanan oyunla diqqət çəkə bilməyən "Neftçi"də ciddi dəyişikliklər gözlənilir. Matc.az xəbər verir ki, hazırda heyətdə olan 4-5 futbolçunun göndərilməsi və komandaya daha effektli oyunçuların qatılması rəhbərliyin əsas istəyidir.
 
ümidləri doğrultmayan yay transferlərindən qurtulmağın yollarını axtaran "ağ-qaralar" komandaya səviyyəli yerlilərin cəlb edilməsi yönündə hərəkətə keçib. Rusiyanın "Arsenal" (Tula) klubunda çıxış edən Ayaz Quliyevi rənglərinə bağlamağın planlarını cızan bakılılar "Sumqayıt"ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Rəhim Sadıxova da maraq göstərir.
 
"Kimyaçılar"la olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq Rəhim özü də ağ-qara formanı geyinmək perspektivinə isti yanaşır. "10 nömrə"nin mövsümün sonunda, azad agent statusu ilə heyətə qatılması nəzərdə tutulub.
fanat.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest