Yomra bələdiyyəsinin sədri Mustafa Bıyık "Trabzonspor"un vingeri Məhəmməd Salahın şərəfinə küçələrdən birinin adının dəyişdirilməsi barədə danışıb.

Matc.az xəbər verir ki, bu barədə siyasətçi "X" sosial şəbəkəsində məlumat yayıb.

O, ulduz futbolçunun transferinə çox şad olduğunu bildirib və bu hadisəni böyük bir jestlə qeyd etmək qərarına gəlib:

"Türkiyə futbolu tarixinin ən simvolik transferi olan Məhəmməd Salahın bizim rayonda yaşayacağından çox qürur duyuruq.

Bu həftə bələdiyyə məclisinin qərarı ilə Salahın evinin yerləşdiyi küçəyə Məhəmməd Salahın adı veriləcək. Biz əlimizdən gələni etdik. İndi növbə Salahdadır".

Qeyd edək ki, misirli vinger "Trabzonspor"a azad agent statusu ilə keçib. Buna qədər o, doqquz mövsüm "Liverpul"da çıxış edib.

Yeni komandasında Salah artıq 4 oyun keçirib və bu matçlarda 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest