"Milan" Londonun "Çelsi" və "Arsenal" klublarının sabiq hücumçusu Omari Hatçinsonun transferini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə İtaliya komandasının saytı məlumat yayıb.
Bildirilir ki, 22 yaşlı vinger İngiltərənin "Nottinqem Forest" klubundan 1 illik icarə əsasında keçib. Hatçinson yeni klubunda 20 nömrəli formada çıxış edəcək.
Yamayka millisinin də şərəfini qoruyan ingilis futbolçunun icarəsinin "Milan"a 4 milyon avroya başa gələcəyi, oyunçunun transfer hüquqlarının birdəfəlik satın alınması seçiminin isə 40 milyon avro təşkil edəcəyi bildirilir.
Hatçinson 1 il əvvəl "İpsviç"dən "Nottinqem Forest"ə keçmişdi. Buna qədər o, 2023-cü ildə "Arsenal"ın gənclər komandasından transfer olunduğu "Çelsi"də çıxış edib.













