"Nyukasl"ın və Almaniya millisinin hücumçusu Nik Voltemade "Yuventus"a keçməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, klublar 24 yaşlı hücumçunun 3,5 milyon funt-sterlinq qarşılığında icarə əsasında transferi barədə razılıq əldə ediblər. Müqavilədə satın alma seçimi və ya öhdəliyi qeyd olunmayacaq.

Voltemade "Nyukasl"a "Ştutqart"dan 2025-ci idin yayında 75 milyon avroya transfer olunub. Ötən mövsüm onun aktivində bütün turnirlərdə keçirdiyi 51 matçda 11 qol və 5 məhsuldar ötürmə olub.

24 yaşlı hücumçunun müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir, onun transfer dəyəri 55 milyon avro qiymətləndirilir. Voltemade Almaniya millisinin heyətində 12 oyunda 4 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest