İngiltərənin "Liverpul" klubu 18 yaşlı belçikalı qapıçı Lukka Bruqmansın keçidi ilə bağlı "Genk"lə şifahi razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilir ki, sövdələşmənin ümumi məbləği təxminən 35 milyon avro təşkil edəcək. Bununla belə, Bruqmans İngiltərə klubuna yalnız 2027-ci ilin yayında qoşulacaq. "Liverpul" artıq futbolçunun tibbi müayinədən keçməsi üçün icazə alıb və bundan sonra tərəflər rəsmi prosedurları tamamlamalıdırlar.

Ötən mövsüm Bruqmans bütün turnirlərdə 33 matçda meydana çıxıb və 10 oyunda qapısını toxunulmaz saxlayıb. Lukka Bruqmans Belçika və Niderland futbolunun yetirməsidir. Qapıçı "Genk"in əsas komandasında 2024-cü ildən çıxış edir. "Transfermarkt"da belçikalı oyunçunun hazırkı dəyəri 4 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest