31 Avqust 2026, 19:02
FUTBOL
Kərim Benzema "Əl-Hilal"la müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.
Matc.az xəbər verir ki, bu barədə "Əl-Hilal" klubunun "X" sosial şəbəkəsindəki rəsmi hesabı məlumat yayıb.
Benzema "Əl-İttihad"dan ayrıldıqdan sonra 2026-cı ilin fevralında "Əl-Hilal"a keçmişdi. O, peşəkar karyerasına "Lion"da başlayıb, daha sonra 2009-cu ildə "Real"la müqavilə imzalayaraq burada 14 mövsüm keçirib və 5 Çempionlar Liqası titulu da daxil olmaqla 25 kubok qazanıb. 2022-ci ildə Benzema "Qızıl top" mükafatına layiq görülüb.
2023-cü ilin yayında Madridi tərk edərək karyerasını "Əl-İttihad"da davam etdirib və "Əl-Hilal"a keçməzdən əvvəl bu komanda ilə Səudiyyə Ərəbistanı çempionatının və Kubokunun qalibi olub.













