"Çelsi" "Roma"nın mərkəz yarımmüdafiəçisi Manu Kone ilə maraqlanır.

Matc.az xəbər verir ki, London klubu 25 yaşlı fransalı yarımmüdafiəçini argentinalı ulduz Enso Fernandesin komandadan ayrılacağı təqdirdə onu əvəzləyə biləcək əsas namizədlərdən biri kimi nəzərdən keçirir.

"Roma" ilə Kone arasındakı hazırkı müqavilənin müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Qeyd edək ki, Manu Kone ötən mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə ümumilikdə 37 oyuna çıxıb. Bu matçlarda fransalı futbolçu 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest