Braziliyalı hücumçu Allan "Palmeyras"dan "Mançester Siti"yə transfer olunub.

Matc.az xəbər verir ki, bu barədə Britaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər 2031-ci ilə qədər müqavilə bağlayıblar. 22 yaşlı braziliyalı futbolçunun transfer məbləği 40 milyon avro təşkil edib.

Allan "Palmeyras"ın əsas komandasında 2025-ci ilin yanvarından çıxış edirdi. Bu müddət ərzində o, bütün turnirlərdə 95 matçda iştirak edib, 9 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Oyunçunun klubla müqaviləsi 2029-cu ilin sonuna qədər nəzərdə tutulmuşdu. "Transfermarkt" portalında futbolçunun dəyəri 20 milyon avro təşkil edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest