Futbol üzrə Polşa kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin komandası "Legiya" da ölkə kubokunda növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Svit Skolvin"lə üz-üzə gəlib. Rəqibinə 1:0 hesabı ilə qalib gələn "Legiya" növbəti mərhələyə yüksəlib.
 
Mahir də bu görüşün iştirakçısı olub. Azərbaycan millisinin üzvü görüşə start heyətdə başlayıb və 90+1-ci dəqiqədə əvəzlənib.
 
35-ci dəqiqədə məhz Mahirin başla zərbəsindən sonra qapıçı topu qaytarıb, onun komanda yoldaşı Lindsey Roz isə təkrar zərbə ilə komandasının qələbə qolunu vurub. Azərbaycanlı futbolçu 50-ci dəqiqədə sarı vərəqə də alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest