“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat" növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, Kurban Berdıyevin komandası Qazaxıstan Kubokunun 1/4 finalında "Kaysar"la cavab matçını keçirib.
 
Evdəki ilk görüşdə 3:0 hesablı qələbə qazanan Almatı təmsilçisi bu rəqibinə səfərdə də qalib gəlib - 2:0. Qolları 76-cı dəqiqədə Vaqner Lav, 88-ci dəqiqədə isə Artur Şuşenaçev vurublar.
 
"Kayrat" yarımfinalda "Astana" ilə qarşılaşacaq.
 
Qazaxıstan təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzub. Komandalar arasında növbəti görüş noyabrın 4-də Almatıda gerçəkləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest