Braziliyanın “Kruzeyro” klubunun futbolçuları tətil elan ediblər. Matc.az xəbər verir ki, oyunçular maaşları gecikdiyinə görə belə addım atıblar. Onlar məşqə çıxmaqdan boyun qaçırıblar.
 
B Seriyasında çıxış edən klub hazırda ciddi maliyyə problemləri yaşayır. 6 aydır oyunçularına və əməkdaşlarına məvacib verə bilməyən “Kruzeyro”da borcların bir hissəsi sentyabrda ödənilib.
 
Vəziyyətin dözülməz həddə çatdığını söyləyən futbolçular çıxış yolunu məşqləri və oyunları boykot etməkdə görürlər.
 
“Kruzeyro” cari mövsümdə keçirdiyi 30 oyunda 39 xal toplayıb və 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb. Komandaya Braziliya millisinin sabiq baş məşqçisi Vanderley Luşemburqo rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest