Futbol üzrə İngiltərə Premyer Liqasında 6-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bazar günü daha iki qarşılaşma baş tutub.
"Vulverhempton" səfərdə "Sauthempton"u minimal hesabla üstələyib.
Londonun "Arsenal" komandası isə doğma meydanda "Tottenhem"lə üz-üzə gəlib. Paytaxt derbisi meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
İngiltərə Premyer Liqası
6-cı tur
25 sentyabr
Mançester Yunayted – Aston Villa 0:1
Qol: Hoz, 88.
çelsi – Mançester Siti 0:1
Qol: Q.Jezus, 53.
Lester Siti – Bernli 2:2
Qol: Vardi, 37; 85 – Vardi, 12-öz qapısına. Korne, 40.
Lids – Vest Hem 1:2
Qol: Rafinya, 19 – Firpo, 67-öz qapısına. M.Antonio, 90.
Uotford – Nyukasl 1:1
Qol: Sarr, 72 – Lonqstaff, 23.
Everton – Norviç 2:0
Qol: Taunsend, 29. Dukure, 77.
Brentford – Liverpul 3:3
Qol: Pinnok, 27. Janelt, 63. Vissa, 82 – Jota, 31. Salah, 54. Cons, 67.
26 sentyabr
Sauthempton – Vulverhempton 0:1
Qol: R.Ximenes, 61.
Arsenal – Tottenhem 3:1
Qol: Smit Rou, 12. Obameyanq, 27. Saka, 34 – Son, 79.
27 sentyabr
23:00. Kristal Pelas – Brayton