Ötən tur "Fənərbaxça"nı məğlub edən "Başakşəhər" bu dəfə "Qaziantep"in müqavimətini qırmağa çalışıb. Lakin İstanbul təmsilçisi bu oyunda minimal hesabla məğlub olub.
				 
 
	Futbol üzrə Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
	ötən tur "Fənərbaxça"nı məğlub edən "Başakşəhər" bu dəfə "Qaziantep"in müqavimətini qırmağa çalışıb. Lakin İstanbul təmsilçisi bu oyunda minimal hesabla məğlub olub.
	"Qalatasaray" isə "Kayserispor"la səfər oyununda darmadağına üzülüb. "Göztəpə" də "Hatayspor"la ev oyunundan məğlub ayrılıb.
	Türkiyə Super Liqası
	6-cı tur
	21 sentyabr
	Fatih Karagümrük – Antalyaspor 0:0
	Rizəspor – Altay 1:2
	Qol: Bolazi, 90+1 – Byorkander, 44. Bamba, 73.
	Beşiktaş – Adana Dəmirspor 3:3
	Qol: Montero, 20. Jozef, 43. R.Yılmaz, 52 – Varqas, 60. Balotelli, 79. Assombalonqa, 90+7.
	Yeni Malatyaspor – Sivasspor 0:1
	Qol: Qoutas, 70.
	22 sentyabr
	Qaziantep – Başakşəhər 1:0
	Qol: M.Dəmir, 1.
	Kayserispor – Qalatasaray 3:0
	Qol: Tiam, 39; 53-pen. Bassan, 45.
	Göztəpə – Hatayspor 0:2
	Qol: Diuf, 35; 78.
	23 sentyabr
	18:00 Konyaspor – Trabzonspor
	21:00 Alanyaspor – Kasımpaşa
	21:00 Fənərbaxça – Girəsunspor
				
         	
                                             
               
            
 










