Aç-2020-nin yarımfinal mərhələsi çərçivəsində keçirilmiş İngiltərə - Danimarka matçının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, İngiltərə yığmasının hücumçusu Harri Keyn bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. İngiltərə millisinin qələbə qolunu da məhz Keyn vurub.
 
Qeyd edək ki, İngiltərə - Danimarka matçının əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda daha bir qol vuran ingilislər finala yüksəliblər. Onları həlledici oyunda İtaliya ilə görüş gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest