çexiya milli komandasının futbolçusu Vladimir Darida yığmadakı karyerasını bitirib. Matc.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.
 
Darida, Aç-2020-nin 1/4 final mərhələsi çərçivəsində Bakıda Danimarka millisinə qarşı keçirdikləri oyunda (1:2) sonuncu dəfə yığmanın formasını geyindiyini deyib.
 
çexiya yığmasının kapitanı olan Darida millidə 76 oyuna çıxıb.
 
Yarımmüdafiəçi Almaniyanın "Herta" klubunda çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest