Futbol üzrə Avropa çempionatında sabah yarımfinal mərhələsinə start veriləcək. Matc.az xəbər verir ki, finalçıları müəyyənləşdirəcək oyunlar ərəfəsində Aç-2020 ilə bağlı maraqlı statistika açıqlanıb.
 
Yarımfinalda İtaliya yığması ilə qarşılaşacaq İspaniya yığması hazırda Aç-də ən çox qol vuran komandadır. İtaliya millisi isə qapıya ən çox zərbə endirən komanda kimi diqqət çəkir.
 
Bu Avropa çempionatında hələ qapısında qol görməyən İngiltərə yığması finala vəsiqə uğrunda Danimarka ilə mübarizə aparacaq. Hansı ki, bu komanda da futbolçularının ən çox driblinq etməsi ilə birinci yerdə qərarlaşıb.
Aç-2020-nin 1/4 finala qədərki statistikası:
 
Ən çox qol vuran komandalar
İspaniya - 12
İtaliya - 11
Danimarka - 11
Belçika - 9
Niderland - 8
İsveçrə - 8
İngiltərə - 8
 
Ən çox qol buraxan komandalar
Ukrayna - 10
İsveçrə - 9
Türkiyə - 8
Makedoniya - 8
Xorvatiya - 8
 
Ən çox hücum təşkil edən komandalar
İspaniya - 365
İtaliya - 296
Danimarka - 251
İsveçrə - 210
Almaniya - 203
 
Qapıya ən çox zərbə endirən komandalar
İtaliya - 101
İspaniya - 95
Danimarka - 90
İsveçrə - 69
çexiya - 57
Fransa - 57
 
çərçivəyə ən çox dəqiq zərbə endirən komandalar
İspaniya - 39
Danimarka - 37
İtaliya - 26
İsveçrə - 22
Ukrayna - 20
 
Topa daha çox sahib olan komandalar
İspaniya - 67,2%
Almaniya - 59,3%
İtaliya - 55,8%
Niderland - 54,8%
Danimarka - 54,2%
 
Ən çox dəqiq ötürmə edən komandalar
İspaniya - 89,4%
Almaniya - 89,3%
Fransa - 89%
Portuqaliya - 88,5%
İtaliya - 88,4%
 
Ən çox künc zərbəsi yerinə yetirən komandalar
İspaniya - 41
İsveçrə - 36
Danimarka - 34
çexiya - 28
İtaliya - 27
 
Ən çox ofsayda düşən komandalar
İtaliya - 15
İsveçrə - 13
İngiltərə - 13
Xorvatiya - 13
çexiya - 10
 
Ən çox driblinq edən komandalar
Danimarka - 86
İtaliya - 83
Fransa - 77
Belçika - 72
Niderland - 62
 
Qapıçısı ən çox seyv edən komandalar
İsveçrə - 21
Türkiyə - 18
Uels - 18
Ukrayna - 15
 
Ən çox qayda pozan komandalar
İsveçrə - 63
Belçika - 63
İtaliya - 55
Avstriya - 55
İspaniya - 54
Danimarka - 54
 
Futbolçuları ən çox sarı vərəqə alan komandalar
İsveçrə - 11
Uels - 9
Şimali Makedoniya - 8
Polşa - 8
Fransa - 6

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest