"Biz məyusuq. Oyundan sonra ağlayan futbolçular var idi. Mən öz komandamla qürur duyuram. Fikrimcə, azarkeşlər bizim çıxışımızdan razı qalacaqlar. Sonadək mübarizə apardıq"

çexiya milli komandasının baş məşqçisi Yaroslav Şilqavi Aç-2020-nin 1/4 final mərhələsi çərçivəsində Danimarkaya qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, 59 yaşlı mütəxəssis, 1:2 hesabıyla məğlub olaraq, turnirə vida etdikləri matçdan sonra bunları deyib:
 
"Biz məyusuq. Oyundan sonra ağlayan futbolçular var idi. Mən öz komandamla qürur duyuram. Fikrimcə, azarkeşlər bizim çıxışımızdan razı qalacaqlar. Sonadək mübarizə apardıq.
 
Futbolçularıma etdikləri hər şeyə görə minnətdaram. Möhtəşəm bir uğura imza ata bilərdik, lakin olmadı. Buna baxmayaraq, 1/4 finala yüksəlmək də çexiya futbolu üçün böyük uğurdur. Onlarla qürur duyuram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest