İspaniya milli komandasının baş məşqçisi Luis Enrike Aç-2020-nin 1/4 final mərhələsində İsveçrəni məğlub etdikləri oyundan (1:1, penaltilər 3:1) sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, Enrike, matçla bağlı bunları deyib:
 
"33 gündür başımıza hər şey gəlir. Bunların öhdəsindən gəlməyə çalışdıq. Oynadığımız oyunları təhlil etsək, ilk oyunun möhtəşəm, ama qolun əskik olduğunu, ikincinin çox yaxşı olmadığını, üçüncünün mükəmməl, dördüncünün isə bir sənət əsəri olduğunu görərik.
 
Unay Simon Xorvatiya ilə oyunda uğursuzluq yaşadı. Lakin bu oyunda onun qəhrəman olduğunu görmək məni xoşbəxt etdi. Ən yaxşı 8 komanda arasında idik, indi də ən yaxşı 4-lükdəyik".
 
İspaniya yığması yarımfinalda İtaliya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest