İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini Aç-2020-nin 1/4 final mərhələsi çərçivəsində Belçika yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, Mançini, 2:1 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:
 
"Belçika kimi bir komandanı məğlub etmək üçün qüsursuz oynamalısan. Biz də demək olar belə oynadıq. İki qol vurduq, daha çoxunu da vura bilərdik.
 
Növbəti mərhələdə İspaniya ilə qarşılaşacağıq. Nə qədər irəli gedirsənsə, işin bir qədər də çətinləşir. İndi bütün diqqətimiz bu oyundadır və qələbə haqda düşünürük".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest