Bu gün Aç-2020-nin 1/4 final mərhələsinin oyunlarına start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

1/8 final mərhələsində dünya çempionatının son qalibi Fransanı mübarizədən kənarlaşdıraraq, sürprizə imza atan İsveçrə yığması bu dəfə İspaniya millisi ilə qarşılaşıb. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən matçın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda da hesab dəyişmədiyindən, penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ispanlar ilk yarımfinalçı olublar.

Günün digər matçı Almaniyanın Münhen şəhərində baş tutub. Burada turnirin favoritlərindən olan Belçika və İtaliya milli komandaları üz-üzə gəliblər. üç qolun qeydə alındığı matç italyanların qələbəsiylə başa çatıb. Beləcə, İtaliya yığması yarımfinala yüksələrək İspaniya millisinə rəqib olub.

1/4 final mərhələsinin digər görüşləri sabah keçiriləcək.

Aç-2020
1/4 final
2 iyul

İsveçrə – İspaniya 1:1 (penaltilər 1:3)
Qol: C.Şakiri, 68 – D.Zakariya, 8–öz qapısına.
Qırmızı vərəqə: R.Froyler, 77.
Baş hakim: Mayk Oliver (İngiltərə)
Sankt-Peterburq. "Zenit" stadionu.

İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 6. Denis Zakariya, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 23. Cerdan Şakiri (k).
İspaniya: 23. Unai Simon, 2. Sesar Aspilikueta, 4. Pau Torres, 5. Serxio Buskets (k), 7. Alvaro Morata, 8. Koke, 11. Ferran Torres, 18. Jordi Alba, 22. Pablo Sarabiya, 24. Aymerik Laporte, 26. Pedri.

Belçika – İtaliya 1:2
Qol: R.Lukaku, 45+2-pen – N.Barella, 31. L.İnsinye, 44.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen. "Alyans Arena".

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 3. Tomas Vermalen, 5. Yan Vertongen (k), 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 8. Yuri Tilemans, 9. Romelu Lukaku, 15. Tomas Munye, 16. Torqan Hazard, 25. Jeremi Doku.
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 3. Corco Kyellini (k), 4. Leonardo Spinatsola, 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 14. Federiko Kyeza, 17. çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest