AÇ-2020-nin A qrupunda yer alan Türkiyə milli komandası bu gün Bakı Olimpiya Stadionunda Uels yığması ilə qarşılaşdı.
 
Matc.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da bu oyunu stadiondan canlı izləyiblər.
 
Bu oyunu izləyənlər arasında UEFA-nın prezidenti Aleksandr Çeferin, zəngin karyeraya malik portuqaliyalı sabiq futbolçu Luiş Fiqu da olub.
 
Qeyd edək ki, Türkiyə yığması Uelslə oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest