16 İyun 2021, 01:30
AVRO-2024
Aç-2020-nin F qrupu çərçivəsində keçirilən Fransa - Almaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu matçda komandasının 1:0 hesablı qələbə qazanmasında əsas pay sahiblərindən biri olub.
Qeyd edək ki, Poqba İngiltərənin "Mançester Yunayted" klubunun uğurları üçün çalışır.