Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko Aç-2020-nin qrup mərhələsinin ilk turunda Niderlanda qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, ukraynalı mütəxəssis, 2:3 hesabıyla məğlub olduqları matçla bağlı bunları deyib:
 
"İki komandanın da çoxlu şansının olduğu bir oyun idi. Komandama göstərdikləri performansa görə təşəkkür edirəm. Xüsusilə, 0:2-dən sonra yaxşı oynadıq. Oyunu daha tez də uduza bilərdik.
 
Hücum etmək üçün lazım olan enerjini tapdıq, taktikamızı dəyişdik və oyunu bərabərləşdirdik. Komandamız yaxşı mübarizə apardı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest