Aç-2020-nin B qrupu çərçivəsində keçirilən Belçika - Rusiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Belçika yığmasının hücumçusu Romelu Lukaku bu görüşün adamı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu bu matçda iki qola imza atmaqla komandasının qələbəsində əsas pay sahiblərindən birinə çevrilib. Belçikanın 3:0 hesabıyla qalib gəldiyi oyunda digər qolu Tomas Munye rəqib qapısından keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest