Rusiyanın "Matç TV" telekanalının erməni şərhçisi Nobel Arustamyana Aç-2020-nin oyunları üçün akkreditasiya verilib.
 
Matc.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açqılama verib. O, Arustamyanın Aç-2020 üçün akkreditasiya aldığını bildirib.
 
Arustamyan işğal olunduğu vaxt Azərbaycan torpaqlarına qanunsuz səfərlər edib. O, 2020-ci il oktyabrın 5-də Xankəndindən fotosunu paylaşaraq Azərbaycana qarşı saxta ərazi iddiası ilə çıxış edib, milli ədavəti qızışıdıran açıqlamalar verib. Arustamyan daha əvvəl UEFA-nın Azərbaycan Təşkilat Komitəsinin təsdiq cavabı verməməsinə görə turnir üçün akkresitasiya ala bilməmişdi.
 
Yekun qərara baxmayaraq, erməni şərhçi Azərbaycana buraxılmayacaq. O, yalnız digər şəhərlərdə keçirilən oyunlarda iştirak edə biləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest