Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında ilk matçına çıxıb. Matc.az xəbər verir ki, millimizin ilk rəqibi İspaniya yığması olub.
 
Rumıniyanın "Horia Demian" idman zalında baş tutan qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb - 0:3.
 
Qeyd edək ki, komandamız Qızıl Avropa Liqasının A qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparır. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.
 
Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparır. İki dövrədən ibarət olacaq oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
 
Qızıl Avropa Liqası
A qrupu
28 may
 
İspaniya – Azərbaycan 3:0 (25:22, 25:22, 25:12)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest