Bu gün qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılacaq.
 
Matc.az xəbər verir ki, Azərbaycan millisinin də rəqiblərinin bilinəcəyi yarışın püşkatma mərasimi Belqradda təşkil olunacaq. 
 
Püşkatmaya Azərbaycan Voleybol Federasiyasını baş katibi, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov da qatılacaq.
 
Bakı vaxtı ilə saat 22:00-da başlayacaq tədbir Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi "Youtube" kanalında və "Facebook" səhifəsində canlı yayımlanacaq.
 
Qeyd edək ki, növbəti Avropa çempionatına Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya birgə ev sahibliyi edəcək. Qitə birinciliyi 19 avqust - 5 sentyabr aralığında təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest