Futbol üzrə Azərbaycan milli komandasının Dç-2022-nin seçmə mərhələsindəki rəqiblərindən Serbiya yığması yoxlama oyunları keçirəcək.
 
Matc.az xəbər verir ki, Draqan Stoykoviçin rəhbərlik etdiyi kollektiv Yamayka və Yaponiya ilə qarşılaşacaq.
 
Bu barədə Serbiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Serbiya yığması iyunun 7-də evdə Yamayka, 11-də isə səfərdə Yaponiya ilə qarşılaşacaq.
 
Serbiya yığması Dç-2022-nin seçmə mərhələsində Azərbaycan, İrlandiya, Lüksemburq və Portuqaliya ilə mübarizə aparır. Serblər qrupda 7 xalla 2-ci sıradadır. Serbiya yığması seçmə mərhələnin 3-cü turunda Bakıda Azərbaycanı 2:1 hesabıyla məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest