Futbol üzrə Almaniya Bundesliqasında 31-ci turdan təxirə salınmış bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, günün yeganə matçında "Şalke" doğma meydanda "Herta" ilə qarşılaşıb.
 
üç qolun qeydə alındığı oyunda qonaqlar qələbə qazanıblar. Bu qələbə sayəsində "Herta" xal hesabını 34-ə çatdırıb və 18 kollektiv arasında 13-cü pilləyə yüksəlib. Elitanı tərk edəcəyi bir neçə tur öncə dəqiqləşən "Şalke" isə 13 xalla sonuncudur.
 
Xatırladaq ki, "Herta"da bir müddət əvvəl koronavirusa kütləvi yoluxma səbəbindən üç oyunu təxirə salınmışdı. Bu, həmin təxirə salınmış qarşılaşmalardan sonuncusu idi.
 
Almaniya Bundesliqası
31-ci turun oyunu
12 may
 
Şalke – Herta 1:2
Qol: Harit, 6 – Boyata, 19. Nqankam, 74.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest