Fransanın PSJ klubu ciddi iti ilə üzləşib.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Marko Verratti sıradan çıxıb.
 
İtalyan futbolçu üçün mövsüm bitib. Verrattinin Aç-2020-yə hazır olub-olmayacağı hələ məlum deyil.
 
28 yaşlı futbolçu bu mövsüm PSJ ilə 31 oyunda 6 məhsuldar ötürmə ilə yadda qalıb. Paris təmsilçisi Liqa 1-də 2-ci sıradadır.
 
Aç-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. İtaliya yığması turnirin qrup mərhələsində Türkiyə, Uels və İsveçrə ilə qarşılaşacaq.
 
Aç-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest