Kişi voleybolçular arasında AVRO-2021-in seçmə mərhələ oyunları davam edir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı F qrupunda bu gün I dövrəyə yekun vurulub. Gürcüstanda təşkil olunan turnirdə milli komandamız Yunanıstanla üz-üzə gəlib.

İlk görüşdə Monteneqroya uduzan (1:3) yığmamız ikinci sınağında meydan sahibləri üzərində 3:0 hesablı qələbə qazanmışdı. Hər iki oyununu qələbə ilə başa vuran Yunanıstan isə qrup lideri və millimizlə görüşün favoriti idi. Komandamız bu rəqiblə görüşdən məğlubiyyətlə ayrılıb.  

2021-ci il Avropa çempionatı  
Seçmə mərhələ
F qrupu, III tur

Yunanıstan – Azərbaycan 3:0 (25:21; 25:19; 25:18)

Tbilisi, Yeni Voleybol Arenası. Hakimlər: Dobromir Dobrev (Bolqarıstan), Mixail Medved (Ukrayna)
 

1

Yunanıstan

3

3

0

9-2

8

2

Monteneqro

2

1

1

5-4

4

3

Azərbaycan

3

1

2

4-6

3

4

Gürcüstan

2

0

2

0-6

0

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest