Qətərin “Əl Sədd” komandasını çalışdıran Xavi klubla müqaviləsini yeniləməyəcək.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, buna komandanın Asiya Çempionlar Liqasında mübarizəni dayandırması səbəb olub. Xavi “Əl Sədd”lə müqaviləsini yeniləməyəcək və klubdan ayrılacaq.
 
Xavinin baş məşqçisi olduğu “Əl Sədd” Qətər çempionatının qalibi olub. Xavi 2019-cu ilin mayından bu komandanı çalışdırır. Onun klubla müqaviləsi bu ilin iyuluna qədərdir.
 
Xavi futbolçu karyerası ərzində 1995-2015-ci illər aralığında “Barselona”da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest