Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Monteneqro, Gürcüstan və Yunanıstana qarşı matçlarını idarə edəcək hakimlər açıqlanıb.
 
Matc.az xəbər verir ki, F qrupundakı qarşılaşmalara 4 referi təyinat alıb.
 
Görüşlərdə ədaləti Erdal Akıncı (Türkiyə), Mixail Medved (Ukrayna), Vladimir Oleynik (Rusiya) və Dobromir Dobrev (Bolqarıstan) qoruyacaqlar.
 
Qeyd edək ki, təsnifat mərhələsində I dövrənin oyunları 7 - 9 mayda Gürcüstanda, II dövrənin matçları isə 14 - 16 mayda Monteneqroda təşkil olunacaq. Azərbaycan millisi ilk görüşünü mayın 7-də Monteneqroya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest