İtaliyanın "Kalyari" klubunun sabiq futbolçusu Andrea Kossu avtomobil qəzası keçirib.
 
Matc.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb. 40 yaşlı sabiq futbolçu avtomobili ilə gedərkən idarəetməni itirib və qəzaya düşüb.
 
Kossu xəstəxanaya aparılıb. Keçmiş futbolçu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və hazırda reanimasiyadadır.
 
Kossu futbolçu karyerasını 2018-ci ilin avqustunda bitirib. Sabiq yarımmüdafiəçi 2008-2015-ci illər aralığında "Kalyari"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest