Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun "Qəbələ" - "Sumqayıt" oyunundan (5:0) sonra "qırmızı-qaralar"ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun "Qəbələ" – "Sumqayıt" oyunundan (5:0) sonra "qırmızı-qaralar"ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
 
Matc.az sizi 40 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir: 
 
"Hesab bizim üçün də gözlənilməz oldu. Bilirdik ki, bizi çətin oyun gözləyir. "Sumqayıt" heyətində yaxşı futbolçular olan bir komandadı. Bu, çox təhlükəli rəqibdi. Komanda həftə ərzində hazırlaşdığımız və istədiyimiz oyunu meydanda göstərdi. Bu da bizi sevindirməyə bilməz. üzərində işlədiklərimizi meydanda gördük. Qış fasiləsindən sonra bizə bir az çətin olacağını bilirdik. Bəzi oyunçular komandanı tərk etmişdi, yeni gələnlərə adaptasiya üçün vaxt lazım idi. Komanda şəklində istədiyimizi ala bilmirdik. Klesio Bauk bir ilə yaxındır komandadadı. Onun oyunu həm bizi, həm azarkeşləri sevindirməyə bilməz. Bu, onun tam potensialı deyil. O, hətta çempionatın tapıntısı ola bilər. Böyükhesablı qələbə gözləmirdik.  Müəyyən boşluqlar görmüşdük və onların üzərində işləyirdik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest