"Real"ın yarımmüdafiəçisi Luka Modriç karyerasını İtaliyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu ulduz futbolçu özü deyib.
O, A seriyasında oynamağın əleyhinə olmadığını bildirib: "İtaliyadan xoşum gəlir. Ora Xorvatiyaya yaxındı. çox sayda həmyerlim A seriyasında oynayır. üstəlik, mentalitetimiz də bənzərdi. Ancaq indi yalnız "Real" haqda danışa bilərəm. çünki bu klubun oyunçusuyam".
Qeyd edək ki, Luka Modriçin xidmətində maraqlı olan klub "İnter"di.