Azərbaycan Premyer Liqasında VI turun "Sabah" - "Səbail" (3:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin məşqçisi Rövşən Babayev jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə görüş barədə fikirlərini bildirib

Azərbaycan Premyer Liqasında VI turun "Sabah" – "Səbail" (3:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin məşqçisi Rövşən Babayev jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib:
 
- Yaxşı qələbə qazandıq. Bizə inananlara təşəkkür edirik. Uşaqlar sağ olsunlar ki, 3 xal qazandıq.
 
- Hücum xəttində vəziyyət necədi?
- ötən oyunda hücumçularımız zəif çıxış etmişdi. Sadəcə, fikirlərim düz ifadə olunmamışdı. Bu gün isə komanda şəklində yaxşı oynadıq.
 
- Demişdiz ki, Ponomaryovla görüşməmisiz. İndi yəqin ki, müzakirələriniz olub...
- Biz komandanı bir yerdə hazırladıq. İqor müəllimin gəlişindən sonra komandada sıçrayış var. Danışmışdıq ki, yaxşı futbol oynayıb, qələbə qazanaq.
 
- İqor Ponomaryov ilk oyunda qələbə qazandı. Ancaq mətbuatda bir neçə mütəxəssisin adı "Sabah"la hallanır. Sizcə, Ponomaryov qalmalıdı, yoxsa...
- Mən bu haqda heç nə deyə bilmərəm. Bizim işimiz komandanı yuxarı qaldırmağa çalışmaqdı.
 
- Bu qələbənin böyük geridönüşün başlanğıcı olduğunu demək olar?
- 3 xal çox vacib idi.
 
- Ukraynalı mütəxəssis Yuri Vernidub stadionda idi...
- Məlumatım yoxdu.
 
- "Sabah"ın qollarının heç birini hücumçular vurmadı...
- Futbol komanda oyunudu.
 
- Bəs amplualar üzrə bölünmə niyədi?
- Sadəcə, bu gün fikirləşdiklərimiz alındı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest