Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub. Matc.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
 
öncə bu mövsümün ən uğursuzu "Sabah" doğma meydanda "Səbail"lə üz-üzə gəlib. Müvəqqəti baş məşqçi İqor Ponomaryovun rəhbərliyi altında ilk matçına çıxan meydan sahibləri qələbə həsrətinə son qoymağı bacarıb. 
 
Turun qapanış matçında da iki paytaxt təmsilçisi - "Keşlə" və "Zirə" qarşılaşıb. Eyni xala malik komandaların dueli böyük maraqla gözlənilirdi. Bu oyun da meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.
 
Turun digər oyunlarında "Qarabağ" "Sumqayıt"a evdə 2:0, "Neftçi" isə səfərdə "Qəbələ"ni 3:0 hesabıyla üstələyib. 
 
Azərbaycan Premyer Liqası
6-cı tur
29 sentyabr
 
"Sabah" – "Səbail" 3:0
Qol: C.Diniyev, 78. C.İmamverdiyev, 84. Şakir Seyidov, 90+6.
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı
Masazır. "Bank Respublika Arena".
 
Sabah: 1. Saşa Stamenkoviç, 10. Cavid İmamverdiyev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 21. Rocer Roxas, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 6. Vadim Abdullayev, 77. Cavid Tağıyev, 9. Ulise Diallo, 99. Abbas Ağazadə, 11. Şakir Seyidov.
Baş məşqçi: Rövşən Babayev.

Səbail: 85. Kamal Bayramov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. ürfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 22. Mirabdulla Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 6. Maykl Esyen, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
 
"Keşlə" – "Zirə" 2:0
Qol: R.Qurbanov, 53. L.Frutos, 64.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
Bakı. "ASCO Arena".
 
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.

Zirə: 1. Orxan Sadıqlı, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 27. Adrian Skarlatake, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodriqes, 48. Şafik Tiqrudja, 5. Anastasios Papazoqlu, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 10. Elvin Məmmədov, 11. Soni Norde, 70. Nicat Süleymanov, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Samir Abasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest