02 Sentyabr 2019, 12:37
MPL
"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşmək üzrədi. Matc.az saytının məlumatına görə, klub rəhbərliyi boş qalmış posta Ramin Quliyevi gətirməyi planlaşdırır.
Premyer Liqanın ilk 3 turundakı uğursuz çıxışdan sonra istefa verən Sənan Qurbanovun əvəzinə mütəxəssis axtarışında olan "qırmızı-qaralar"ın hələlik yeganə namizədi məhz Quliyevdi. Gənc məşqçinin əvvəllər də bu klubda çalışması və akademiyadan çıxmış yerli futbolçuları yaxşı tanıması bu seçimdə həlledici rol oynayır.
U-17 yığmamızın keçmiş baş məşqçisi ilə danışıqlar davam edir. İndi hər şey Quliyevdən asılıdı. 38 yaşlı mütəxəssis razılıq verərsə, onun təyinatı tezliklə açıqlanacaq.






_1761598465.jpg)


_1761592149.jpg)


_1761586939.jpg)