Avropa Liqasının III təsnifat mərhələsində "Bney Yehuda"nın qonağı olan "Neftçi" 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb. UEFA qarşılaşmanın statistik göstəricilərini açıqlayıb.
"Linfild" bununla Şimali İrlandiyanın digər klublarına sübut etdi ki, yaxşı hazırlıq keçdiyin təqdirdə, uğur qazana bilirsən. Ümid edirəm ki, komandanın bu çıxışı digərlərinə gələcək üçün ilham verər".
İsrail mətbuatında bu ölkə təmsilçilərinin avrokuboklardakı çıxışı ilə bağlı sorğu aparılır.Yerli azarkeşlər "Bney Yehuda"nın Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə cavab görüşünə də proqnoz verib.
Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ni qəbul edəcək "Bney Yehuda"nın təxmini "11-liy"i müəyyənləşib. Baş məşqçi Yossi Abukasis taktiki düzülüşdə və heyətdə heç bir dəyişikliyə əl atmayacaq.
31 yaşlı israilli müdafiəçi bildirib ki, sabah "Neftçi"ni dayandırmaq üçün əlllərindən gələni edəcəklər: "Psixoloji hazırlıq hər zaman önəmlidi. İlk matçdan üstün ayrıldığımızı düşünsək, bu, bizə çətinlik yarada bilər. Artıq cavab oyunu barədə düşünürük. Bilirik ki, matça hazır olacağıq".
"Baş məşqçi Yossi Abukasislə görüşdə "Neftçi"yə qarşı Bakıdakı matçın videosunu izlədik, təhlilini apardıq". Bunu "Bney Yehuda"nın müdafiəçisi Din Mori deyib. İsrail millisinin üzvü baş məşqçinin tapşırıqlarına əməl etməyə çalışacaqlarını vurğulayıb.
Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ni qəbul edəcək "Bney Yehuda"nın zədəli futbolçularının durumuna aydınlıq gəlib. Amit Zenati cavab görüşünü buraxmalı olacaq. Ondan fərqli Paz Ben Ari və Eitan Velblumun vəziyyəti ürəkaçandı.
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsində "LASK Linz" (Avstriya) - "Bazel" (İsveçrə) görüşünü idarə edib. "Linzer" stadionunda baş tutan qarşılaşma ev sahiblərinin qalibiyyəti ilə nəticələnib.
Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin qonağı olan "Bney Yehuda" qələbəni əldən verməklə yanaşı, bir futbolçusunu da itirib. Müdafiəçi Paz Ben Ari sıradan çıxıb. Qarşılaşmanın 89-cu dəqiqəsində meydana daxil olan 23 yaşlı futbolçu sağ qolundan xəsarət alıb.
"Birinci hissədə oynamağa gec başladıq. Çoxlu top itkilərinə yol verirdik. Onlar da bunu gözləyirdi. Əks-hücumlar üçün şansları yaranırdı. Oyuna gec qoşulmağımızın səbəbini bilmirəm, bəlkə də, gec konsentrasiya olduq"
"- Deməzdim ki, bizə qarşı aqressiya olub. Sadəcə, o, oyunu lazım olan şəkildə idarə edə bilmədi. Özü FIFA referisidi, amma ali futbol qurumunun səviyyəsində oyun idarə edə bilməyib. Öz azərbaycanlı hakimlərimizdən şikayət ediriksə, bu referidən nə deyək?"
Domen sahibinin adı: Əsgərov İxtiyar Kamal oğlu VÖEN: 7302144052 Tel: +994 50 286 01 35, +994 70 286 01 35 E-mail: ixtiyar1973@gmail.com Ünvan: Səbail rayonu, Yeni Salyan Şossesi, 22. Məsul redaktorun adı soyadı: Əsgərov İxtiyar Kamal oğlu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.