AL: həftənin oyunçusu kim olacaq?
Avropa Liqasında qrup mərhələsinin son turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. UEFA 4 futbolçunun adını azarkeşlərə təqdim edib. Həftənin ən yaxşısı adına Meyson Qrinvud ("Mançester Yunayted"), Joris Nyanyon ("Renn"), Bukayo Saka ("Arsenal") və Dioqu Jota ("Vulverhempton") namizəddilər.

























