"Köln" "Tottenhem"lə vinger Mayki Murun mövsümün sonunadək icarəsinə dair razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, Almaniya klubunun 19 yaşlı ingilis futbolçunu birdəfəlik satın almaq seçimi olmayacaq.

Ötən mövsüm Mur icarə əsasında "Reyncers"də çıxış edib və Şotlandiya çempionatında keçirdiyi 33 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest