Ardıcıl 4-cü, tarixdə 10-cu dəfə “Qarabağ”ın futbolçusu Azərbaycan çempionatlarının ən məhsuldar oyunçusu olub. Ağdam klubu oyunçularının bombardirliyi sayında rekordçudur.
Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib. Matc.az xəbər verir ki, “Araz-Naxçıvan”ın 31 yaşlı müdafiəçisinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib.
Rafael Utziq Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Matc.az xəbər verir ki, “Zirə”nin braziliyalı legionerinin yubileyi Misli Premyer Liqasının V turunun “Qarabağ”la ev görüşünə (1:3) təsadüf edib.
“Turan Tovuz” Misli Premyer Liqasının ilk 5 turunda qol buraxmayıb. Matc.az xəbər verir ki, Kurban Berdıyevin yetirmələri yalnız “Neftçi” ilə matçda xal itirib – 0:0.
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının IV turunda keçirilən “Sabah” – “Sumqayıt” oyununda baş verən neqativ halları dəyərləndirib. Matc.az xəbər verir ki, qarşılaşmanın ardından meydançaya kənar şəxs daxil olduğundan, bakılılar 800 manat cərimələnib. İntizam qaydalarını pozan “Sumqayıt”ın baş məşqçisi Samir Abasova xəbərdarlıq edilib.
“Neftçi” Misli Premyer Liqasına ardıcıl iki heç-heçə ilə başlayıb. Matc.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri öncə “Turan Tovuz” (0:0), ardınca “Səbail”lə (1:1) sülhə imza atıb.
Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb. Matc.az xəbər verir ki, görüşlər avqustun 16-18-i aralığında keçiriləcək. “Neftçi” ilə “Sabah” arasındakı mərkəzi qarşılaşma turun son gününə təsadüf edəcək.
Azərbaycan Premyer Liqasının 2024-25 mövsümünün ilk het-triki qeydə alınıb. Matc.az xəbər verir ki, bu, I turun “Zirə” – “Səbail” oyununda (4:1) gerçəkləşib. Davit Volkov birinci hissədə üç qol vurub.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.