2026-cı il dünya çempionatında Kanada və Bosniya və Herseqovina yığmaları arasında keçirilən B qrupunun qarşılaşmasının ən yaxşı oyunçusu müəyyənləşib.

Matc.az xəbər verir ki, kanadalıların heyətində çıxış edən yarımmüdafiəçi İsmael Kone gərgin keçən 90 dəqiqənin sonunda oyunun ən yaxşısı adına layiq görülüb.

Görüşün gedişatına gəlincə, hesab Torontodakı "BMO Field" stadionunda 21-ci dəqiqədə qonaqların hücumçusu Yovo Lukiç tərəfindən açılıb. Ev sahibləri isə məğlubiyyətdən yalnız 78-ci dəqiqədə, Kayl Larinin vurduğu qolla xilas ola biliblər.

Beləliklə, Kanada – Bosniya və Herseqovina oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və hər iki komanda mundialda ilk xalını qazanıb

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest