"Mançester Yunayted"in hücumçusu Cey-Cey Qabriel "Real"a keçə bilər: Madrid klubu oyunçunun və mankunianlıların tələblərini yerinə yetirməyə hazırdır.

Matc.az xəbər verir ki, bu barədə "Football365" nəşri məlumat yayıb.

"Kral klubu" 16 yaşlı futbolçu ilə müqavilə imzalamağa yaxındır. Transfer məbləği təxminən 15 milyon avro təşkil edə bilər. Daha əvvəl Qabrielin yeddirəqəmli maaş - ildə minimum 1 milyon avro tələb etdiyi bildirilirdi.

"Real"la yanaşı, Qabrielin transferində "Barselona", "Bavariya" və PSJ də maraqlı olub.

Futbolçunun özü "Mançester Yunayted"də qeydiyyatda qalmaqdadır, baxmayaraq ki, daha əvvəl o və ailəsi əsas komandadakı rolu ilə bağlı yaranan fikir ayrılıqlarından sonra klubdan buraxılmasını rəsmən xahiş ediblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest